Tərtərdə üçəm uşaqlar doğulub
28.12.2012

Tərtər rayonunda üçəm uşaqlar dünyaya gəlib, onların hər üçü də qızdır.

Tərtərin Ələsgərli kəndində müvəqqəti məskunlaşan Tural Əliyevin ailəsində hər kəsi sevindirən xoşbəxt hadisə baş verib.

Dörd ildir ki, evlilik həyatı yaşayan bu xoşbəxt ailənin iki oğlundan sonra 3 qız övladı doğulub.

Əliyevlər ailəsinə gözlənilmədən gələn bu böyük hədiyyə sevinclə bərabər, bir sıra problemlər də gətirib. Köçkün həyatı yaşayan ailənin maddi durumu bir o qədər də yaxşı olmadığından, bu uşaqları saxlamaq onlar üçün çətinlik yaradır.

Gün.Az