Heydər Əliyev Sarayında “Bakı şansonu” adlı konsert proqramı keçirilib.
Saraydan verilən məlumata görə, konsertdə tanınmış şanson ifaçıları Fərhad Bakinski, Cəlal Abbasov, Ceyhun Bakinski, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak ediblər.
Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunub. Hər zaman populyarlığını saxlayan “Bakı şansonu” janrında mahnılar paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
azertag.az