2013-cü ildə ən şanslı uşaqlar İsveçrədə dünyaya gələcək
29.12.2012

Böyük Britaniyanın “The Economist” məcmuəsi 2013-cü ildə doğulmaq üçün ən yaxşı ölkələrin siyahısını açıqlayıb. Qəzetin hər il reytinq hazırlayan “Economist Intelligence Unit” bölməsi öz qiymətləndirməsində demoqrafiya, ölkənin iqtisadi inkişafı və digər göstəriciləri özündə birləşdirən 11 vacib meyara əsaslanıb. Siyahı hazırlanarkən bütün ölkələrdə insanların ölkədəki yaşayış tərzindən nə qədər razı olması amili də əsas götürülüb.

Dünyaya geni gələn uşağı ən yaxşı yaşayış, sağlamlıq, təhlükəsiz həyatla təmin edən ölkələr siyahısına İsveçrə başçılıq edir. İlk onluğa həmçinin Avstraliya, Norveç, İsveç, Danimarka, Sinqapur, Yeni Zelandiya, Niderland, Kanada və Honkonq daxildir. Siyahıya 24 il bundan qabaq liderlik edən ABŞ hazırda 16-cı yerdədir.

Azərbaycan 70-ci yerdədir. Postsovet ölkələrindən siyahıya daxil olan Rusiya 72, Qazaxıstan 74, Ukrayna isə 78-ci yeri tutub. Ermənistan siyahıya daxil edilməyib.


Qeyd edək ki, siyahıda 80 ölkənin adı yer alıb.

APA