Əbülfəs Qarayev: "Xəzərdə turist səfərlərinin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır"
2.2.2018

"Xəzərdə turist səfərlərinin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır".

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir əlavə edib ki, artıq bununla bağlı bir neçə layihə müzakirə olunub: "Turist səfərlərinin vaxtı yaya doğru məlum olacaq. Düşünürəm ki, yay fəslində biz həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar üçün Xəzər dənizində maraqlı gəzintilər təşkil edəcəyik".

report.az