Prezident Bakıya 10 milyon manat ayırdı
29.12.2012

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işlərini sürətləndirmək məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

ANS PRESS