Gənclər və İdman Nazirliyi 2 Fevral - Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlu fəaliyyəti ilə fərqlənmiş gəncləri mükafatlandırıb.
“İlin gənc aktrisası” nominasiyası mükafatına Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Aydan Həsənova layiq görülüb.
Bu barədə sənət ocağının mətbuat katibi Fəridə Aslanova məlumat verib.
“Aktrisa Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Silva”, “Qızıl Cücə”, Qrim qardaşlarının “Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri və Pen” tamaşalarında ifa etdiyi obrazların öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb. O, 2016-cı ildə Yekaterinburqda keçirilən V.Kuroçkin adına “Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə üçüncü yerə, 2017-ci ildə isə, Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb”, - deyə F.Aslanova söyləyib.
azertag.az