Premyer Liqanın ən nümunəvi futbolçuları Siyahı
29.12.2012

Topaz Premyer Liqasının 2012/13 mövsümünün ən nümunəvi futbolçuları müəyyənləşib. Meydana 1000 və daha çox dəqiqə keçirib, vərəqə almayan oyunçuların siyahısını hazırlayıb.

İlk pilləyə “Qəbələ”nin sloveniyalı müdafiəçisi Deyan Kelhar başçılıq edir. O, 1530 dəqiqə ərzində nümunəvi futbolçu təsiri bağışlayıb. Ümumilikdə, 8 futbolçu 1000 dəqiqədən artıq oynasa da, cəzalanmayıb.

Cəzasız keçirilən oyunların sayına görə isə Kelharın komanda yoldaşı Viktor Mendi öndədir. O, bütün turlarda meydana çıxsa da, dəqiqə sayında ilk “8-lik”də sonuncudur.

1000 dəqiqədən artıq vərəqəsiz oynayanlar
Dejan Kelhar (Qəbələ) 17 oyun, 1530 dəqiqə
Ailton Jose Junior (AZAL)16, 1440 dəqiqə
Georgi Lomaya (İnter) 15, 1350 dəqiqə
Bruno da Silva (Qəbələ) 17, 1168 dəqiqə
Hafiz Əliyev (Turan) 15,1148 dəqiqə
İlia Kandelaki (İnter) 12, 1080 dəqiqə
Marçin Burkhart (Simurq) 14,1075 dəqiqə
Viktor Mendi (Qəbələ) 18, 1048 dəqiqə

Big.az