“Unibank” vergi işçilərinə güzəştli şərtlərlə kredit təklif edir
5.2.2018

“Unibank” ASC 11 fevral - vergi xidməti işçilərinin peşə bayramı münasibətilə xüsusi aksiya keçirir.

Banka istinadən xəbər verilir ki, bu gündən fevralın 15-nə qədər davam edəcək aksiya çərçivəsində vergi əməkdaşlarına nağd pul kreditinin illik faiz dərəcəsində 2% endirim ediləcək.

Kreditin maksimal məbləği 15 min manat, maksimal müddəti isə 36 aydır. “Unibank”dan nağd pul krediti götürmək vergi əməkdaşlarına aşağıdakı üstünlüklər verir:

- Sığorta haqqı tutulmur;

- Aylıq ödəniş 19 manatdan başlayır;

- Zamin tələb olunmur;

- Prosedur çox sadədir.

Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq “Unibank Mobile”dan, www.unibank.az saytından onlayn rejimdə sifariş etmək mümkündür.

“Unibank” hazırda paytaxtı və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan saat 17:00-a qədər fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq bir sıra filiallar - 15 saylı (Səməd Vurğun bağının yaxınlığında), 14 saylı (Beş mərtəbə), 13 saylı (“İnşaatçılar” metro stansiyasının yaxınlığında), “Nərimanov”, “Əcəmi”, “Neftçilər”, 10 saylı (“Əhmədli”), 19 saylı (“Bakıxanov”), “Mərdəkan”, “Xırdalan”, “Sumqayıt”, “Gəncə”, “Bərdə”, “Kəpəz”, “Mingəçevir”, “Tovuz”, “Quba” və “Şəmkir” filialları şənbə günləri də saat 10:00-dan 14:00-a qədər müştərilərə xidmət edir:

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından, “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

report.az