Azərbaycanlı jurnalistlər Bolqarıstan barədə sənədli film çəkəcək
5.2.2018

Azərbaycanlı jurnalistlər Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo barədə film çəkəcəklər. Bu barədə Bolqarıstanın bir çox aparıcı KİV-ləri məlumat verib.

Veliko Tırnovo bələdiyyəsinin iqtisadi inkişaf üzrə müavini Snejana Daneva-İvanova tərəfindən qəbul olunan Azərbaycanlı jurnalistlər iki ölkə arasında açılan yeni hava reysinin, qarşılıqlı əlaqələrin beynəlxalq iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıblar.

S.Daneva-İvanova Veliko Tırnova şəhərinin tarixi və inkişafı barədə qonaqlara məlumat verib. Turistlərin regiona marağından və axınından söhbət açıb.

O, Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərdə mövcud olan “Trapezitsa” Memarlıq Muzey-Qoruğunun bərpa olunmasında Azərbaycanın müstəsna rolunu xüsusi vurğulayıb.

azertag.az