Azərbaycan məktəb laboratoriyaları üçün xüsusi avadanlıqlar istehsal edəcək
6.2.2018

Azərbaycanda məktəb laboratoriyaları üçün xüsusi avadanlıqlar istehsal olunacaq.

Bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavini qeyd edib ki, istehsalı Sumqayıt Kimya-Sənaye Parkının yeni rezidenti olmuş “Labdisc Azerbaijan” şirkəti həyata keçirəcək.

N.Səfərov deyib: “Ötən həftə biz Sumqayıt kimya-sənaye parkının 16-cı rezidentini qeydiyyata aldıq. “LabDisc Azerbaijan” təhsil sahəsində istifadə olunacaq müxtəlif avadanlıqların istehsalı ilə məşğul olacaq. Bu, müxtəlif laboratoriya avadanlıqları, tədris qurğuları, elektron və digər alətlərdir. Bu sahə Azərbaycan üçün yenidir və bizim üçün böyük maraq kəsb edir”.

trend