Azərbaycanda meşə ehtiyatlarının qiymətləndirilməsinə həsr olunmuş layihənin təqdimatı keçirilir
7.2.2018

Fevralın 7-də “Marriott Abşeron” otelində Qlobal Ekologiya Fondunun maliyyələşdirdiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi “Azərbaycanda meşə fondu barədə bilik bazasını gücləndirmək üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsinin təqdimatına həsr olunmuş seminar keçirilib.

Layihənin əsas məqsədi Azərbaycanda dayanıqlı meşə təsərrüfatının qurulması, meşələrin sosial və iqtisadi səmərəliliyinin və karbonun udulmasının artırılması, eləcə də mövcud meşələrin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

azertag.az