“Bankir adaxlı” tamaşasının premyerası keçirilib
7.2.2018

Fevralın 6-da Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi” festivalının bağlanış mərasimi keçirilib.

Mərasim çərçivəsində 5 nömrəli “ASAN könüllüləri”nin təqdimatında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası olub. Məişət mövzusuna həsr olunmuş ikihissəli tamaşaya yeni baxış və yeni nəfəs verilib. Bildirilib ki, bu premyera kollektivin ictimaiyyətə təqdim etdiyi 20-ci tamaşasıdır.

Xatırladaq ki, tamaşanın ilk premyerası 2000-ci il mayın 12-də rejissor Faiq Zöhrabovun, sonra Xalq Artisti Afaq Bəşirqızının quruluşunda təqdim edilib.

Tamaşanın “ASAN könüllüləri”nin ifasında təqdimatı maraq doğurub. Əksəriyyəti gənclərdən ibarət kollektivin oyunu alqışlarla qarşılanıb.

azertag.az