Dekabrın 29-da “Park Bulvar”da Azərbaycan Milli Olimpiya Komitəsi əyləncəli və maarifləndirici “Oyun günü” təşkil etmişdir.
Olimpiya dəyərlərinin təbliği məqsədi ilə keçirilən tədbirdə Olimpiya çempionları iştirak etmişlər.
Tədbirdə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar və ölkəmizdə geniş vüsət alan olimpiya hərəkatı haqqında məlumat verilmişdir.
Milli.Az