İstanbulun Çırağan Sarayında azərbaycanlı dizayner Zemfira Musayevanın kolleksiyası nümayiş olunub.
Türkiyə KİV-nə istinadən xəbər verilir ki, modelyerin "Anna Karenina" romanı əsasında hazırladığı kolleksiyanın dəfiləsi böyük maraqla qarşılanıb.
Z.Musayevanın Lina Aliyeva ilə birlikdə hazırladığı dizaynlar 50-dən çox model tərəfindən təqdim olunub. Dəfilədəki geyimləri hazırladığı bijuteriyalar ilə dünyada tanınan Pariza Maghzianın aksessuarları tamamlayıb.
report.az