“HTC U12” smartfonu nümayiş etdirildi -
7.2.2018

Tayvanda 5G sənayesinə həsr olunmuş sərgidə HTC-nin yeni flaqman smartfonu – U12 nümayiş etdirilib.

Cihaz nazik çərçivəli 6 düym ekrana malikdir. Ekranın kənarları dairəvidir.

Smartfonun “Snapdragon 845” prosessoru ilə təchiz ediləcəyi və 6 GB operativ yaddaşa sahib olacağı bildirilir. Cihaz IP68 standartı üzrə toz və nəmdən qorunacaq, stereodinamikaya, “Qualcomm X20 LTE” modeminə və microSD kartı üçün slota malik olacaq.

Satışın nə vaxt başlayacağı və qiymət barədə açıqlama verilməyib.

lent.az