Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
Fərmana əsasən Mənzil İnşaatı Dövlət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
Agentliyin yenidən təşkili və ləğvi;
təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
illik maliyyə hesabatlarının təsdiq edilməsi;
xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
Agentliyə:
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, strukturunun təsdiq olunması.
Müəyyən edilib ki, Agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100 milyon manat təşkil edir.
Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra, “mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı dövlət əmlakı həmin Agentliyin balansına verilib.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahələrində müvafiq tikinti layihəsi əsasında yaşayış binalarının və digər tikinti obyektlərinin inşasını öhdəsinə götürmüş investorlarla, habelə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçıları ilə bağlanacaq müqavilələrin yerinə yetirilməsinin təminatı məqsədi ilə, işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən edilən və investorlarla və ya podratçılarla bağlanılan müqavilələrdə əks olunan məbləğdə bank zəmanəti tələb edilir;
ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında həmin Agentliyin sərəncamına verilməsini təmin etsin;
xüsusi və ya bələdiyyə mülkiyyətində olan və ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına və ictimai-işgüzar zonalara aid edilən torpaq sahələrinin mülki-hüquqi müqavilə əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlətin xeyrinə əldə edilərək Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilməsinin mümkünlüyünü həmin Agentliyin təklifləri əsasında müəyyənləşdirsin;
“Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə və “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri “həmin Agentliyin” sözləri ilə əvəz edilsin;
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;
Fərmanla təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 1.3-cü və 1.4-cü bəndlərindən “Prezidenti yanında” sözləri çıxarılsın.
oxu.az