Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Mərkəzlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabı işıq üzü görüb.
Bu barədə Tərcümə Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.
Uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan kitab oxucularını sehrli Misir aləminə dəvət edir, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssüratlar yaradır.
Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib.
Kitabın redaktoru Salam Sarvandır.
report.az