Futbol üzrə Latviya və Azərbaycan milli komandaları arasında iyunun 9-da keçiriləcək yoldaşlıq görüşünün məkanı müəyyənləşib.
Bu barədə Latviya milli komandasının baş məşqçisi Aleksandr Starkov məlumat verib. Onun sözlərinə görə, qarşılaşma Riqadakı "Skonto" stadionunda təşkil olunacaq. 63 yaşlı mütəxəssis bildirib ki, rəsmi açıqlama texniki məsələlər həllini tapdıqdan sonra veriləcək: "Hələlik, oyunla bağlı stadionla razılaşma yoxdur. Lakin fikrimcə, bu, texniki məsələdir. Başqa səbəb yoxdur. Görüş böyük ehtimalla, "Skonto" stadionunda olacaq".
Qeyd edək ki, Azərbaycan millisinin Latviya ilə 3 yoxlama matçından son 2-si "Skonto" stadionunda təşkil olunub. Oyunlar 0:0 və 2:2 hesablı heç-heçələrlə yekunlaşıb.
report.az