San-Remo festivalı 9 milyondan çox tamaşaçı cəlb edib
9.2.2018

İtaliyanın məşhur musiqiçisi Klaudio Balyoninin aparıcılıq etdiyi San-Remo musiqi festivalının ikinci gecəsi 9,687 milyon izləyici cəlb edib.

İtaliyanın ANSA agentliyinə istinadən xəbər verilir ki, bu göstərici ötənilki yarışmanın tamaşaçı kütləsinin sayı ilə müqayisə edilə bilər. Ötən il musiqi festivalının tamaşaçı sayı 10 milyon nəfərdən çox olub.

Qeyd edilir ki, 2018-ci il musiqi festivalının ikinci gecəsinin ən yadda qalan hadisəsi Britaniyalı rok-ulduzu Stinqin italyan dilində “Muoio per te” mahnısını ifası etməsi olub.

azertag.az