Dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşları artırılıb
12.2.2018

Bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Artım xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərə şamil edilib.

Qərara görə, əməkhaqqı artımı 4 faiz təşkil edib. Yəni, bunadək 125 manat alan sözügedən vəzifə sahibləri yanvarın 1-dən etibarən 130 manat alacaqlar.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

oxu.az