Böyük Britaniyanın BBC teleşirkəti öz əməkdaşları üçün yeni qadağa qoyub. Artıq BBC-də işləyən bütün jurnalistlər öz iş yerlərində banan yeyə bilməyəcəklər. Bu addımın səbəbi jurnalistlərdən birinin ağır allergik reaksiyadan rəhbərliyə şikayət etməsi olub.
BBC-nin mətbuat xidməti də bu informasiyanı təsdiq edib. “The Sun” qəzetinin yazdığına görə, artıq bu şirkətdə nəinki banan yemək, hətta bananın qabığını belə soymaq qadağandır.
Bu addım jurnalistlər arasında zarafata və gülüşə səbəb olub. Qeyd edək ki, BBC rəhbərliyi bu qərarda heç bir qəbahət görmür. Rəhbərliyin bildirdiyinə görə, banan birbaşa insan həyatı üçün təhlükəli ola bildiyindən qadağan olunub.
ANS PRESS