Azərbaycan “Eurovision”un simvolik ev sahibliyini yanvarın 17-də İsveçə təqdim edəcək
7.1.2013

Bu ilin mayında İsveçdə keçiriləcək “Eurovision 2013” mahnı müsabiqəsi ilə bağlı yanvarın 17-də ilk püşkatma mərasimi keçiriləcək.

GoMap.az portalın APA-ya istinadən yaydığı xəbərə görə, ötən il olduğu kimi bu il də iştirakçı ölkələrin iki yarımfinaldan hansında çıxış edəcəyi bu püşkatma zamanı məlum olacaq. Eləcə də bu püşkatma mərasimində birbaşa finalda iştirak hüququna malik 5 ölkədən (İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya) hansı I və II yarımfinalı yayımlayacağı məlum olacaq. Püşkatma mərasimi müsabiqənin baş tutacağı Malmö şəhərində keçiriləcək. Həmin gün müsabiqənin simvolik ev sahibi açarı ötən il bu müsabiqəyə ev sahibliyi etmiş Azərbaycandan İsveçə təqdim olunacaq.