Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfrans işə başlayıb
13.2.2018

Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfrans işə başlayıb.

Tədbirin mövzusu turizm və idmanın inkişafına dair ölkənin gələcəyinə baxış, "Formula-1" üzrə Azərbaycan Qran-prisinin iqtisadi və sosial təsirləri, eləcə də biznes imkanlarının müzakirəsindən ibarətdir.

Konfransda gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeys Kerri, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev, "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov, "PwC" şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev, "Formula One Management" şirkətinin Təşkilati və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, "Eurodesing" şirkətinin Kommersiya Departamentinin direktoru və digər şəxslər iştirak edirlər.

report.az