Rumıniyanın Kluj şəhərində Babeş-Bolyay Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcək.
Bu barədə Rumıniyanın Azərbaycandakı keçmiş səfiri, Türkologiya İnsitutunun direktoru Profesor Tahsin Cəmil məlumat verib. O bildirib ki, Rumıniyanın Babeş-Bolyai Universitetinin Senatı Azərbaycan Dillər Unıversiteti ilə saziş layihəsini təsdiq edib və bunun nəticəsi olaraq Universitetin nəzdində fəaliyyət göstərən Türkologiya İnsitutunda Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq.
T.Cəmil Mərkəzə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsini iclasda təklif edib. Direktorun fikrincə Mərkəz bütün rəsmiləşməni keçəndən sonra yay aylarından fəaliyyətə başlayacaq.
azertag.az