Paytaxtda hansı marşrutlar ləğv olunub? - SİYAHI
7.1.2013

Ötən il Nəqliyyat Nazirliyi tərəfindən marşrut avtobuslarının optimallaşdırılması üzrə işlər həyata keçirilmişdi.

Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində bir-birlərini təkrar edən marşrutlar ləğv olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, 2012-ci ildə aşağıdakı marşrutlar ləğv olunub: 4, 7, 19, 27, 34, 41, 58, 63, 68, 72, 74, 89, 112, 114, 117, 138, 178, 180, 182, 203, 206.

4 saylı marşrut TQDK-dan "Neftçilər" metrosuna, 7 saylı marşrut "Ayna" qəzetinin redaksiyasından Beynəlxalq Universitetə, 19 saylı marşrut Neftçilər prospektindən "Fidan" restoranına, 27 saylı marşrut "Gənclik" metrosundan Mir Cəlal küçəsinə, 34 saylı marşrut 20-ci Sahədən M.Hüseyn küçəsinə, 41 saylı marşrut Xətai prospektindən Azadlıq prospektinə, 58 saylı marşrut Qaraçuxur qəsəbəsindən "Neftçilər" metrosuna, 63 saylı marşrut Təhsil Nazirliyinin qarşısından Bakı Beynəlxalq Avtovağzalına, 68 saylı marşrut N.Tusi küçəsindən A.Mehbalıyev küçəsinə, 72 saylı marşrut Biləcəri dairəsindən Azadlıq prospektinə, 74 saylı marşrut Bakıxanov qəsəbəsindən Gəncə prospektinə, 89 saylı marşrut 20-ci Sahədən S.S.Axundov küçəsinə, 178 saylı marşrut "Ramal" ticarət mərkəzindən S.Bəhlulzadə küçəsinə, 203 saylı marşrut Neapol dairəsindən Yeni Ramanaya qədər gedirdi.

Milli.Az