2013-cü il ərzində Azərbaycanda bir neçə ölkənin mədəniyyət günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il ərzində İtaliya, Ukrayna, İran və digər ölkələrin mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Bu tədbirlər çərçivəsində Azərbaycan tamaşaçıları həmin ölkələrə məxsus ekran əsərləri, teatr və musiqisi nümunələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
APA