“AtaTravel” MMC fevralın 17-18-də 2 günlük Quba-Qusar-Şahdağ turu təşkil edir.
Şirkətdən verilən məlumata görə, turun proqramına 5 ulduzlu “Quba Şahdağ Hotel” otelində 1 gün qalmaq daxildir. Bir nəfər üçün qiymət 65 AZN təşkil edir. Qiymətə komfortlu nəqliyyat xidməti, 2 dəfə səhər yeməyi, 2 dəfə çay fasiləsi, fotosessiya, tur rəhbəri “Quba Şahdağ Hotel” otelinin daxilində yerləşən fitness və SPA-da yerləşən qapalı hovuz, trenajor zalı və tennis masasından istifadə daxildir.
İki günlük tur çərçivəsində Çənlibel gölünə və Qəçrəş meşəliyinə ekskursiya təşkil olunacaq. 5 yaşa qədər uşaqların iştirakı pulsuzdur. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (99412) 493-05-01 (daxili 104) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurun.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.
trend.az