Türkiyənin “TRT Belgesel” kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq
14.2.2018

Fevralın 17-də Türkiyənin “TRT Belgesel” kanalında Nargin adası ilə bağlı sənədli film nümayiş olunacaq.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, “Bilinməyən Tarix, Nargin adası əsarəti“ adlı sənədli film ötən il “TRT Belgesel” kanalı tərəfindən Bakı, Nargin adası və Gəncədə çəkilib.

Filmdə Birinci Dünya müharibəsində Nargin adasında rus ordusu tərəfindən əsir götürülən osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edilir.

TRT sənədli filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə Azərbaycanın Dövlət Televiziyasına, Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərinə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna təşəkkürünü bildirib. Ekran işi iki qardaş ölkənin ortaq şanlı tarixinin bir parçası olaraq yaddaşlarda yaşayacaq.

azertag.az