Qoç – Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün inamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiz. Səhhətinizə qarşı diqqətli olun.
Buğa – Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli çətinliklərlə üzləşəcəksiniz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Əkizlər – Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Xoş münasibət bəslədiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda əməli nəticə yoxdur.
Xərçəng – Hələ ki biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda nəzərəçarpacaq əməli nəticə yoxdur. Ünsiyyətlərinizdəki mehribanlıq və güzəştlər sizin fədakarlığınızla meydana çıxır.
Şir – Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsız. Səhhətinizlə bağlı həlli vacib olan məsələlərə diqqət ayırmalısınız. Sevgi münasibətləriniz qarşılıqlı ittihamlarla doludur.
Qız – Ünsiyyətlərinizdən məmnun qalacaqsız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həlli yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq.
Tərəzi – Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaradacaq.
Əqrəb – Maliyyə işləriniz bu günlər, demək olar ki, heç alınmır. Yorulmadan çalışmalarınıza baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şikayətiniz olmayacaq.
Oxatan – Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Ünsiyyətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksiz.
Oğlaq – Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarşılıqlı güzəştlərdən məmnun qalacaqsız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə əhəmiyyətli nəticə verməyəcək.
Dolça – Əsəbi əhval-ruhiyyəniz daxili sıxıntılarınızı artıracaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var.
Balıqlar – Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanlıq və səmimilik müstəvisindədir. Maliyyə yönündə çalışmalarınız o qədər də yaxşı alınmır.