Azərbaycanda əmək haqqından gəlir vergisinin tutulmasına nəzarət gücləndirilib
8.1.2013

Azərbaycanda müxtəlif sahələrdə çalışanların işçilərin əmək haqqından vergi tutulmasına nəzarət gücləndirilib. Bu, Vergi Məcəlləsində dəyişikliklərin təsdiqlənməsi barədə dövlət başçısının fərmanında nəzərdə tutulub.

Fərmana əsasən, Dövlət Statistika Komitəsi qeyri-dövlət sektorunun müxtəlif fəaliyyət sahələrində peşələr və vəzifələr üzrə orta aylıq əmək haqqı məbləğinə dair statistik göstəriciləri şəhər və rayonlar üzrə hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etməlidir.

APA