Azərbaycanda müxtəlif sahələrdə çalışanların işçilərin əmək haqqından vergi tutulmasına nəzarət gücləndirilib. Bu, Vergi Məcəlləsində dəyişikliklərin təsdiqlənməsi barədə dövlət başçısının fərmanında nəzərdə tutulub.
Fərmana əsasən, Dövlət Statistika Komitəsi qeyri-dövlət sektorunun müxtəlif fəaliyyət sahələrində peşələr və vəzifələr üzrə orta aylıq əmək haqqı məbləğinə dair statistik göstəriciləri şəhər və rayonlar üzrə hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etməlidir.
APA