TQDK yeni dərsliklərin monitorinqinə başlayır
8.1.2013

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni dərsliklərin monitorinqinə başlayır.

Komissiyadan bazar ertəsi verilən məlumata görə, yanvarın 14-dən ingilis və alman dili fənləri dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə başlanacaq.

Həmin gündən həm də ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə start veriləcək.

Bu gün həmin fənlər üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminarlarda bu işlərin gerçəkləşməsi üçün işçi qrupu da yaradılıb.

trend.az