Novruz bayramının gəlişi ilə əlaqədar əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin edilməsi məqsədilə Qazax şəhərindəki “Təzə bazar”da fevralın 17-dən kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlayacaq.
Rayon icra hakimiyyətindən bildiriblər ki, yarmarkaya müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılacaq. Ət və süd məhsulları, meyvə-tərəvəz, bayram süfrəsi üçün lazım olan bütün məhsullar bazar qiymətindən aşağı satılacaq.
Yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.
azertag.az