Qoç - əla gündür. Enerjinizin artdığını, təşəbbüs və aktivliyə ehtiyac duyduğunuzu hiss edəcəksiniz.
Kollektivdə ümumi məqsəd və tapşırıqları müəyyənləşdirin, kimin nə iş görəcəyini planlaşdırın. Yeni orientirlər seçin.
Yeni ideyaların yaranması, yeni təkliflərin alınması istisna deyil.
Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı ola biləcək insanlarla əlaqələri bərpa edin. Xarici görünüşüzün qayğısına qalın.
Aktiv ünsiyyət yeni perspektivlərin rəhni ola bilər.
Buğa - həyata və işə yaradıcı yanaşın. Enerjinizin artdığını hiss etsəniz, gündəlik işlərin əsasını günün ilk yarısında görün. Yaxın ətrafınızdakı insanlarla birgə fəaliyyət hadisələrin axarını müəyyənləşdirəcək.
İşdə və şəxsi münasibətlərdə əlaqələrin genişləndirilməsinə çalışın.
Emosional olun, soyuqqanlı və laqeyid davranmayın.
Axşam saatlarında romantik hisslər yarana bilər.
Ailə üzvləri və yaxınlarınızla ünsiyyətdə olun, onları dinləyin.
Əkizlər - bu gün istənilən sahədə aktivlik nümayiş etdirə bilərsiniz. Ətrafınızda cərəyan edən hadisələrə diqqətlə baxın. Şərik, həmfikir və ya iş yoldaşı ilə ideya mübadiləsi, ümumi perspektivlərin müzakirəsi günün prioritetləri arasındadır.
Həyat bu gün sizə münasibətlərin sxemini köklü şəkildə dəyişmək imkanı verir. Maraqlı məlumat gəlir əldə etməyinizə şərait yaradır.
Sənədlərlə iş, müxtəlif dövlət qurumlarında olmaq, hüquqi məsələlərin həlli üçün uğurlu gündür.
Axşam saatları maliyyə məsələlərinin müzakirəsi, maddi durumun yaxşılaşdırılması yollarına baxış üçün əlverişlidir.
Xərçəng - bu gün ətrafınızdakı insanlarla rahat dil tapacaqsınız. Lakin həmsöhbətin emosional durumunun incəlikləri və vəziyyətinə daha çox diqqət yetirin. Əlavə tapşırıqlar və bezdirici nəsihətlər almamaq üçün çalışın, fəal işləyin.
Yaradıcılıq, münasibətlər, həmfkirlər və ya ailə üzvləri ilə ünsiyyət üçün yaxşı gündür.
Günü hərəkətdə, informasiya axtarışında keçirin.
Alış-verişdə gərəksiz əşyalar almayın. Əyləncə və hobbi üçün istədiyiniz nə varsa, ala bilərsiniz.
Şir - gün sizin üçün çoxlu imkanlar yaradır. Enerjiniz artır, məqsəd, hədəf və planları reallaşdırmağın yolları konkretləşir.
Emosiyaların öhdəsindən gələrək tələsməsəniz, nəticə yaxşı olacaq. Sonradan işinizi asanlaşdıracaq, qaydaya salacaq nəsnələrə pul xərcləmək olar.
Şəxsi münasibətlərdə qətiyyətli olun. Bununla belə, yaxınlarınız və dəyər verdiyiniz insanların qayğısına qalın.
Axşam saatlarında aktiv istirahəti seçin. Səhhət üçün faydalı işi xoş ünsiyyətlə müşayiət edin.
Qız - yaxın günlərdə aktual olacaq mövzuya bu günün hadisələri aydınlıq gətirəcək və fəaliyyət üçün əlverişli zəmin yaradacaq. Qüvvənizi yönəltmək üçün yeni istiqamət yaranır.
İşdə orijinal tapıntılar, problemin həllinə yaradıcı yanaşmaya ehtiyac var.
Günün bir hissəsini evdəki problemlərin həllinə sərf edin. Ünsiyyət, aktiv istirahət və yaradıcı fəaliyyət pis olmaz.
Yaşamdakı fərqlər sizi sevindirə bilər. Sizə maraqlı olan insanlarla görüşmək üçün səbəb arayın.
Tərəzi - pozitiv təmayüllər günüdür. Hissiyatınıza inanın, gəlir imkanını əldən verməyin və eqoist istəklərinizdən çəkinməyin.
Mühüm görüş, münasibətlər və işgüzar əlaqənin bərpası mümkündür.
Eşitdiklərinizə diqqət yetirin, həmsöhbətin dediklərini qulaqardına vurmayın.
Ailə dəyərləri önəm kəsb edəcək. Münasibətlərdə diqqətli olun, qayğı və yardımınızı əsirgəməyin.
İşinizi unutmayın.
Axşam saatlarını dörd divar arasında keçirməyin.
Əqrəb - bu gün başladığınız istənilən işi müvəfəqiyyətlə başa vura bilərsiniz. Hadisələrin mərkəzində olmağa çalışın. İşdə danışıqlar, görüşlər, müzakirələr keçirmək olar. Yaxın perspektivə olan planları müzakirə edin.
Fiziki iş və aktiv istirahət faydalıdır.
İmicinizin hansı dəyişikliklərə ehtiyac duyduğunu düşünün.
Alış-verişdə simiclik etməyin.
Axşam saatlarında dostları qonaq çağırmaq, ya da gəzintiyə çıxmaq olar.
Oxatan - qəfil dəyişikliklər və yeni informasiya perspektivlərinizlə bağlı fikrinizin dəyişməsinə səbəb ola bilər. Uğur mümkündür. İndi sizdən asılı olmayan hadisələr və şəraitdən öz xeyrinizə necə yararlanmağın yollarını düşünmək gərəkdir.
Şəxsi həyat və işgüzar fəaliyyətlə bağlı məsələlər aktiv iştirak, ciddi diqqət tələb edir.
Gözlənilməz qərar qəbul etməyiniz istisna deyil.
Nəyəsə tələsik, sürətlə nail olmaq istəyərkən mümkün sonucları da unutmayın.
Axşam saatlarını evdə keçirmək pis olmazdı.
Oğlaq - prioritetləri dəqiq müəyyənləşdirin və fəaliyyətinizi müəyyən mövzularla məhdudlaşdırın. Hər yerdə və hər işdə olmağa çalışmayın.
Ay və Yerin münasibətləri praktiki fəaliyyəti qaçılmaz edir.
Günün ilk yarısında fəal çalışın, ikinci yarıda isə görmək istədiyiniz işi bitirin.
Yaradıcı enerji və praktiki yanaşma sizi razı salacaq, ətrafdakı insanlardan pozitiv dəyərləndirmə ala biləcək nəticələrə səbəb ola bilər.
Dolça - baş verənlərə böyük məsuliyyətlə yanaşın. Qarşınızda böyük perspektivlər yarana bilər. Eyni zamanda, diqqətsiz və laqeyd olsanız, imkanları əldən verəcəksiniz.
Yaşananları sürələ təhlil etmək istəsəniz də, alınmayacaq. Hissiyatınıza güvənin, mühüm anlaşmanı və ya verdiyiniz vədi pozmayın.
Şəxsi münasibətlərdə prinsipial mövqeyinizi dəyişməyin. Belədə, ciddi itki vermədən üstünlüklərdən yararlana bilərsiniz.
Yeni, faydalı məlumatın axtarılmasına daha çox diqqət verin. Ümumi planlar və maraqlarınızın olduğu insanlarla təmaslarda olun.
Görüş, danışıq və ya yazışmada yeni perspektivlər yarana bilər.
Balıqlar - gün ərzində baş verən dəyişiklikləri dəyərləndirmək üçün hissiyatınıza etibar edin. Enerjinizi mənasız yerlərə xərcləməyin, daha çox faydalı işlər görməyə çalışın.
Yaranmış şansı əldən verməmək üçün mühüm, məqsədyönlü fəaliyyətə başlayın. Elektron poçtunuzu yoxlayın.
İşinizlə bağlı önəmli xəbər ala bilərsiniz.
İşdən savayı, ailə-məişət qayğıları və münasibətlər də diqqət, aktivlik tələb edir.
Axşam saatlarını ünsiyyətdə olun. Yeni təəssüratlara ehtiyacınız var.
Milli.Az