Formula 1 yarışları Azərbaycana 277 milyon dollardan artıq gəlir gətirib.
Bu barədə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrində qeyd olunub.
Araşdırmaya əsasən, Bakıda keçirilən Formula 1 yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.
Hesabatda 277,3 milyon dollar göstərilən yekun məbləğ yarışlar ərəfəsinfə F1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, hotel, mehmanxana, restoran, nəqliyyat və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
trend