Mədəniyyət və Turizm Nazirliyi Qəbələ rayon üzrə pilot layihə çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən oxucu və turistlərlə işin yeni formatlarda təşkilinə həsr olunmuş kitabxana əməkdaşları üçün təlim təşkil edib.
Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev nazirliyin təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti haqqında məlumat verib.
Mərkəzdən bildirilib ki, tədbirdə “Kitabxanalarda müasir xidmətlərin təşkilinə dair tələblər”, “Kitabxanaçıların peşə standartı”, “Oxucularla iş və vaxtın idarə olunması”, “Müasir şəraitdə kitab təbliğinin metodları” və digər aktual mövzularda məruzələr dinlənilib, sonra təlim sual-cavab formatında davam edib.
Qeyd olunub ki, layihə çərçivəsində əhalinin, xüsusilə də turistlərin sıx toplaşdığı məkanlarda səyyar kitabxanaların təşkili nəzərdə tutulub.
azertag.az