İrəvan teatrı ilk tamaşanı təqdim etməyə hazırlaşır
16.2.2018

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 19-da Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşası ilə teatrsevərlərin qarşısında çıxış edəcək.

Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Niyaməddin Səfərəliyev çıxış edəcəklər.

Tamaşa Bakı Humanitar Kollecinin səhnəsində təqdim olunacaq.


azertag.az