Fevralın 20-də “Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət “Avropa” adlı rəsm sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşacaq.
Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Martın 3-dək ziyarətçilərinə açıq olacaq sərgidə rəssamın Avropaya səyahəti zamanı yaratdığı əsərlər nümayiş olunacaq.
azertag.az