“Unibank” ASC martın 20-dək nağd istehlak krediti götürənlərə kredit komissiyalarında 50% endirim edəcək.
Banka istinadən verilən xəbərə görə, "Sizin üçün olsun!" kampaniyası zamanı müştərilərə 3 aylıq güzəşt müddəti də veriləcək. İlk 3 ayda müştərilər aylıq ödənişdə əsas borc hissəsini ödəməyəcək, əsas borcun ödənişinə dördüncü aydan başlayacaqlar.
Kreditlərin illik effektiv faiz dərəcəsi isə 13%-dən (illik 23%-dən) başlayır. Maksimum kredit məbləği 15 min manat təşkil edir. Kreditlər maksimum 36 ayadək verilir. Minimal aylıq ödəniş 19 manatdan başlayır. Zamin tələb olunmur, sığorta haqqı yoxdur.
report.az