Böyük Britaniyanın paytaxtı Londonda keçirilən moda həftəsi çərçivəsində alman modelyer Leoni Mergenin azərbaycanlı rəssam Arif Əzizin əsərləri əsasında ərsəyə gətirdiyi yeni kolleksiyası nümayiş olunub.
Qarabağ kolleksiyası ilə tanıdığımız Leoni Mergenin yeni kolleksiyası böyük maraqla qarşılanıb.
Dəfilədə 300-dən çox dəb tənqidçisi, incəsənət xadimi, Londonun məşhur modelyerləri iştirak ediblər.
Kolleksiya Arif Əzizin yaradıcılığının bütün dövrlərini - Azərbaycanın müstəqillik illərindən əvvəlki və sonrakı dövrlərdə yaratdığı əl işlərini əhatə edir. Alman modelyer azərbaycanlı rəssamın obyektiv reallıq, realizm və son dövrlərdə müraciət etdiyi mistik və subyektiv reallıq üslubundakı rəsm əsərlərini çox böyük məharətlə öz əl işlərində əks etdirməyə nail olub.
Leoni Mergenin Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanaraq ərsəyə gətirdiyi “Qarabağ kolleksiyası” Avropanın bir sıra şəhərlərində, habelə London və Berlində nümayiş etdirilib və böyük nüfüz qazanıb.
report.az