Mayda Bakıda "IT və IT Təhlükəsizlik üzrə konfrans" keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verilir ki, "AzInTelecom" MMC-nin inzibati binasında "IT və IT təhlükəsizlik üzrə" üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda "AzInTelecom" MMC tərəfindən göstərilən xidmətlər və həllər, həmin xidmətlərlə bağlı "AzInTelecom" MMC-nin öhdəlikləri və informasiya təhlükəsizliyi müzakirə edilib, "AzInTelecom"un "Data Mərkəzi"nin infrastrukturu, "İaaS" xidmətlərinin ("İnfrastruktur xidmət kimi") göstərilməsi üçün tətbiq olunan texnologiyalara dair təqdimat keçirilib. Görüşdə IT Komissiyası üçün "Data Mərkəzi" turu təşkil olunub. Qonaqlar Data Mərkəzinin infrastruktur imkanları, tətbiq olunan ən müasir texnologiyalar ilə tanış olublar.
İclasda, həmçinin qrupun hər ilin may ayında Bakı şəhərində keçirdiyi "IT və IT Təhlükəsizlik üzrə Konfrans"ın gündəliyi müzakirə edilib.
azertag.az