Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunacaq
19.2.2018

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçiriləcək.

AMEA-dan bildirilib ki, Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda “Ana dili mənəvi varlığımızdır”, “Azərbaycan dili anlayışının tarixi”, “Virtual məkanda Azərbaycan dili” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.


azertag.az