Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti artırmaqda davam edir. Belə ki, son iki gün ərzində bitkoin yanvar ayından ilk dəfə olaraq 11 min dollar həddini keçib.
Bitkoinin qiyməti 8,9% bahalaşaraq 11,601 min dollar təşkil edib.
Alternativ kriptovalyutalar - "Ethereum" 2,1% və ya 952,02 dollaradək, "Ripple" 1,35% (1,15 dollara qədər), "Bitcoin Cash" isə 2,5% (1,545 min dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 512,21 milyard dollar təşkil edir. Bu göstəricinin 38%-i bitkoinin payına düşür.
trend.az