"Pullman" hoteldə "KarnegiKlub"un 7 illiyi keçiriləcək
21.2.2018

Fevralın 25-də "Pullman" hoteldə KarnegiKlub Treninq mərkəzinin 7 illiyi münasibəti ilə “Life & Time management” treninqi keçiriləcək.

Artıq 7 ilə yaxındır ki, Azərbaycanda “KarnegiKlub Treninq Mərkəzi” fəaliyyət göstərir. Bu 7 il ərzində, mərkəz, insanların şəxsi inkişafı və biznesə yönəlik müxtəlif təlimlər keçirib. Natiqlik və kommunikasiya; təqdimat və satış bacarıqları; zamanın idarə edilməsi, məqsədlərin düzgün qoyulması və s. mövzularda keçirilən təlimləri 100-dən çox qrup bitirib. Gənclərin inkişafına yönəlik 10-dan çox universitetdə Masterklass təlimlər, həmçinin dövlət və özəl sektora aid idarə, şirkət və təşkilatlarda korporativ treninqlər keçirib.

Fevral ayının 25-i KarnegiKlub 7 illiyinə həsr olunmuş, fərdi inkişafında maraqlı olan şəxslər üçün bayram tədbiri keçirəcək. Belə ki, mərkəz, insanlara şəxsi həyatlarının müsbət yöndə dəyişməsində köməyi olan, dövrümüzün ən böyük defisiti - zamanın idarə edilməsində insanlara yardımçı olacaq “Life & Time Management” təlimi tədbirin əsasını təşkil edəcək.

Keçiriləcək treninq biznesmenlər, sahibkarlar, menecerlər, satıcılar, ofis işçiləri, HR-mütəxəssisləri, həkimlər, müəllimlər, tələbələr, valideynlər və zaman çatışmamazlığı yaşayan hər bir kəs üçün faydalıdır.

Bu təlimdə iştirakçılar:

Zamana və Həyata baxışını dəyişərək daha harmonik və məqsədli yaşamağı öyrənməklə yanaşı, Zamanı pula çevirib hər an qazanmağı öyrənəcəklər!

Treninq, zaman defisiti yaşayan (işlərini çatdırmayan), məqsədlərini müəyənləşdirə bilməyən hər bir kəsə lazımdır.

Təlimçi haqqında:

Dr. Nəcəf Allahverdiyev "KarnegiKlub"un rəhbəri

"Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi,

“Beynəlxalq Trenerlər Assosasiyası”nın üzvü

Tədbir saat 09:00-dan 15:00-a qədər davam edəcək.

Ətraflı: https://www.facebook.com/events/191157974805360/

trend.az