Lənkəranın “Nənələr” mahnı və rəqs kollektivi dünya şöhrətli amerikalı müğənni Rihannanın “We found love” mahnısını oxuyublar.
Kollektiv ANS telekanalının Yeni il şənliyində nümayiş etdirilən “Bizimkilər 2.0” layihəsi çərçivəsində mahnı ifa ediblər.
Pop-ulduzun 2012-ci ilin məşhur hiti “We found love” üzərində hazırlanmış musiqi nömrəsi olduqca maraqlı alınıb.
Qeyd edək ki, 31 Dekabr - Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə təqdim edilən “Bizimkilər 2.0” layihəsində uzun illər bütün dünyada məşhur olan hit mahnılar musiqi alətlərimizin və muğam ifaçılarının köməyi ilə milli, həmçinin müasir improvizasiyada yenidən ifa edilərək tamaşaçıların ixtiyarına verilib. İnstrumental aranjemanda ifa olunan məşhur hitləri Azərbaycan incəsənətində xüsusi yeri olan şəxslər səsləndirib.
“We found love”
http://gun.az