Azərbaycanın Lerik rayonuna qar yağıb
27.10.2011

Azərbaycanın Lerik rayonuna 40-60 santimetr qalınlığında qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə Azərbaycanın rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, yağışın arabir kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti olacaq.