Dünyanın ən kök insanı 285 kq arıqladı - FOTO
9.1.2013

Britaniyada yaşayan və dünyanın ən kök insanı adına layiq görülən kişinin əzmi hamını heyrətə salıb.

Pol Meyson adlı kişi bir müddət əvvələ kimi 445 kq çəkiyə sahib olub.

Hətta bir dəfə onu xəstəxanaya aparmaq üçün xilasedicilər evinin bir hissəsini belə uçuralı olmuşdular. İndi isə 51 yaşlı kişinin çəkisi 159 kq-a düşüb. 285 kq arıqlamaq kimi möcüzəli nəticəyə isə o cərrahi müdaxilə ilə nail olub. Belə ki, onun mədəsinin bir hissəsi kəsilərək çıxarılıb. Əməliyyatdan sonra nəhəng kişinin mədəsi yumurta boyda qalıb.
Amma bu son deyil. P.Meyson hədəfi olan 88 kq-a çatana kimi arıqlamağı düşünür. Bundan sonra isə əmələ gələn artıq dəridən xilas olaraq normal həyata qayıdacaq.

Gələcəkdə isə o avtobil sürməyi, zərgərlik sahəsində biznesini yaratmağı və ailə sahibi olmağı planlaşdırır. Arıqlamaq istəyənlər üçün isə o kitab yazaraq öz sirləri ilə bölüşəcək.

big.az