Milli Kitabxananın növbəti sərgisi Beynəlxalq Ana Dili Gününə həsr edilib
22.2.2018

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb.

Sərgidə dil mədəniyyəti, Azərbaycan dilinin tarixi, zənginliyi, ayrı-ayrı dillər və onlara münasibət, habelə Azərbaycanın dil siyasəti haqqında kitab və qəzet-jurnal məqalələri yer alıb. Hər kəsin tanış ola biləcəyi sərgi bir həftə davam edəcək.

azertag.az