Dünyanın ən məşhur memarlarından biri Zara Hədid Çində bir sıra dizayn studiyaları və tikinti şirkətlərinə qarşı məhkəmə iddiası ilə çıxış etməyə hazırlaşır.
Britaniyalı memarı onun bir neçə dünyaca ünlü həmkarı da dəstəkləmək niyyətindədir.
"Çinlilərin hədlərini aşdıqlarını" deyən memarlar "Yetər artıq!" adlı kampaniyaya başlayırlar.
Səbəb isə həmin memarların əsərləri olan binaların heç bir rüsxət və icazə olmadan Çində "klonlaşdırılma"sıdır.
Dünyanın memarlıq incilərinin surətləri Çində inşa olunub və bu proses davam edir.
Məsələn, Parisdəki Eyfel qülləsinin tam təkrarı Tyanduçjen şəhərində inşa olunub. Şanxayda Londonun mərkəzi küçələrini təkrarlayan "Thames Town" qəsəbəsi salınıb. Bu qəsəbədə hətta telefon köşkləri də Londondakı köşklərin təkrarıdır.
Avstraliyanın Alp dağlarındakı məşhur, UNESCO-nun "dünyanın mədəni irsi" siyahısına daxil etdiyi Hallstatt kəndi isə bütünlüklə Huçjou vilayətində inşa olunub.
Nyu-Yorkdakı Rockfeller və Lincoln biznes-mərkəzlərinin göydələnlərinin tam təkrarına isə Tyançjin şəhərində rast gəlmək olar.
Londondakı Tower Bridge-in təkrarı da Çjanqsu vilayətindəki Suçjou şəhərindədir.
Məşhur memar Le Corbusier-dən ruhlanan fransız memar Charles-Édouard Jeanneret-in əsəri The Ronchamp kilsəsi Çjençjou şəhərində təkrarlananda isə Corbusier fondu çılğına döndü və çinliləri məhkəməyə verdi.
İndi həmin tikili sökülüb.
Amma Çjençjan vilayətindəki Eyfel qülləsi hələ də durur....
Milli.Az