Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Amerika ədəbiyyatının görkəmli simalarından olan Tomas Vulfun roman və hekayələrindən ibarət “Dünyanın hörümçək toru” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən bildirilib ki, kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Dünyanın hörümçək toru”, “Baskom Hokun portreti” romanı, həmçinin “Parkda, “Qulliver”, “Günəş və yağış”, “Uzaqlardan və yaxında” kimi hekayələri daxil edilib.
Əsərləri dilimizə Afaq Məsud və Nəriman Əbdülrəhmanlı tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır.
azertag.az